

Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Milli.Az xəbər verir ki, 22 iyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adlarının çıxarılması barədə bəyanatın tam mətni aşağıdakı kimidir:
“Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunur.
Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun
şəkildə öz inkişaf dövrünü yaşayır.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və “Media Qanunu çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr hayata keçirilir. Azərbaycanda informasiya məkanında pluralizm prinsipi əsas götürülərək yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.
Jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir.
Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan- Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region va onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu var.
Bu məqsədlə xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.
Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla saxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır.
Bu il “Heydər Əliyev ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatin yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb”.
Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından adları çıxarılmış bəzi media nümayəndələrinin siyahısı:
| N: | Ad və soyadın orijinal yazılışı | Vətəndaşlığı | Cinsi | Doğum tarixi | Məlumat | Siyahıya salınması üçün əsas (qanunsuz səfərin tarixi) | |
| 1 | Адарья Гуштын | Belarus Respublikası | Qadın | – | Jurnalist | 25 may 2016-cı il | |
| 2 | Ahto Lobjakas | Estoniya Respublikası | Kişi | 23.10.1970 | “Postimees”-in kolumnisti | 07 avqust 2014-cü il | |
| 3 | Alex DomenechPascual | İspaniya Krallığı | Kişi | 16.12.1993 | Fotoqraf | Sentyabr 2016-cı il | |
| 4 | Александр Колесниченко | Rusiya Federasiyası | Kişi | – | “Аргументы и факты” qəzetinin müxbiri | 18-23 Mart 2015-ci il | |
| 5 | АлександрВиноградов | Rusiya Federasiyası | Kişi | – | “Авторевю” jurnalınınmüxbiri | 5 noyabr 2012-ci il | |
| 6 | AnastasiaVlasova | Ukrayna | Qadın | – | Jurnalist | 13 may 2016-cı il | |
| 7 | Andreas Brenner | Almaniya FederativRespublikası | Kişi | 16.08.1971 | Jurnalist | – | |
| 8 | Andreas Zecher | Almaniya Federativ Respublikası | Kişi | 1953 | Jurnalist | – | |
| 9 | AndreasSchneitter | İsveçrəKonfederasiyası | Kişi | 1978 | Jurnalist | Sentyabr 2011-ci il | |
| 10 | Анна Мамонова | Ukrayna | Qadın | 1984 | “КомсомольскаяПравда” qəzetinin müxbiri | 7-8 sentyabr 2010-cu il | |
| 11 | BesoKhvedelidze | Gürcüstan | Kişi | 18.12.1872 | “Ədəbi palitra” jurnalınınredaktoru | 21 mart 2012-ci il |
| 12 | Danev Hrissimir Jordanov | Bolqarıstan Respublikası | Kişi | 24.09.1955 | Bolqarıstan Milli Televiziyasının operatoru | Noyabr 2012-ci il |
| 13 | ДмитрийАлександрович Бавырин | Rusiya Federasiyası | Kişi | – | “ÜDM” (“ВВП”) jurnalınınbaş redaktorunun müavini | – |
| 14 | Elena DanielaDumitru | Rumıniya Respublikası | Qadın | 14.11.1985 | “Adevarul” qəzetininjurnalisti | 18-23 Mart 2015-ci il |
| 15 | Francesko Manca | İtaliya Respublikası | Kişi | 11.08.1961 | Operator jurnalist | İyul 2011-ci il |
| 16 | Fjodor Simmul | Almaniya FederativRespublikası | Kişi | – | “ARD” ictimaiteleviziyasının operatoru | 2016-cı il |
| 17 | Holger Diedrich | Almaniya FederativRespublikası | Kişi | – | Fotoqraf | May 2015-ci il |
| 18 | Javier ColasEscalera | İspaniya Krallığı | Kişi | 22.12.1982 | Jurnalist | May 2016-ci il |
| 19 | Иван Прозоров | Rusiya Federasiyası | Kişi | 11.01.1976 | “Первый Канал”telekanalının müxbiri | 3 aprel 2016-cı il |
| 20 | Jose Luis Santos | PortuqaliyaRespublikası | Kişi | 1980 | Yazar səyahətçi | May 2015-ci il |
| 21 | КонстантинСорокин | Rusiya Federasiyası | Kişi | – | “Авторевю” jurnalınınmüxbiri | 5 noyabr 2012-ci il |
| 22 | Lena Mucha | Almaniya Federativ Respublikası | Qadın | 19.03.1983 | Fotoqraf | 13 sentyabr 2016-cı il |
| 23 | ЛюдмилаДеменкова | Belarus Respublikası | Qadın | – | Bloqer | Mart 2016-cı il |
| 24 | Mark John Stratton | Böyük Britaniya və Şimalı İrlandiya | Kişi | 03.07.1970 | Sərbəst fotoqraf | Sentyabr 2014-cü il |
| 25 | Marko Pogacar | Xorvatiya Respublikası | Kişi | 1984 | “Quorum” və “Zarez”jurnallarının baş redaktoru, yazıçı | 2011-ci il |
| 26 | Marco Barbieri | İtaliya Respublikası | Kişi | 21.08.1961 | Bloqer | Avqust 2015-ci il |
| 27 | Martin Theis | Almaniya FederativRespublikası | Kişi | 1985 | Sərbəst jurnalist | Mart 2016-cı il |
| 28 | Monika Horakova | Çex Respublikası | Qadın | Çexiya radiosunun əməkdaşı | 18-23 Mart 2015-ci il | |
| 29 | Naomi Conrad | Almaniya FederativRespublikası | Qadın | 05.05.1983 | “Deutsche Welle”- ninmüxbiri | 1 sentyabr 2016-cı il |
| 30 | Novak Tamas | Macarıstan | Kişi | 29.01.1990 | Jurnalist | – |
| 31 | ОлександраРыжакова | Rusiya Federasiyası | Qadın | – | Jurnalist/ ictimai xadim | 25-30 avqust 2013-cüil |
| 32 | Oleq Kulik | Ukrayna | Kişi | 31.05.1969 | “ICTV” telekanalının müxbiri | 7-8 sentyabr 2010-cu il |
| 33 | Rui BarbosaBatista | PortuqaliyaRespublikası | Kişi | 17.11.1970 | Bloqer | 2008-ci il |
| 34 | Slawomir Zagorski | Polşa Respublikası | Kişi | – | http://facet.interia.pl/ saytının müxbiri | 2016-cı il |
| 35 | Stefanno Bizzarri | İtaliya Respublikası | Kişi | – | Operator jurnalist | İyul 2011-ci il |
| 36 | Shioban Gets | Avstriya Respublikası | Qadın | – | “Wieneer Zeitung”qəzetinin müxbiri | 3 may 2016-cı il |
| 37 | Dietmar Schumann | Almaniya Federativ Respublikası | Kişi | 17.03.1951 | “ZDF” televiziyasının Berlin bürosunun redaktoru | – |
| 38 | Татьяна Козак | Ukrayna | Qadın | – | Jurnalist | May 2016-cı il |
| 39 | Thomas Schmid | Almaniya FederativRespublikası | Kişi | “Berliner Zeitung”qəzetinin jurnalisti | May 2015-ci il | |
| 40 | Jakob Schnetz | Almaniya FederativRespublikası | Kişi | 1991 | Sərbəst fotojurnalist | Mart 2016-cı il |
| 41 | Evgeni Genov | Bolqarıstan Respublikası | Kişi | 19.11.1988 | Bolqarıstanın “BTV” telekanalının operatoru | 7-15 may 2016-cı il |
| 42 | Julia Prosinger | Almaniya FederativRespublikası | Qadın | 1985 | “Der Tagesspiegel”qəzetinin jurnalisti | Sentyabr 2013-cü il |
| 43 | Zeidler Meik | Almaniya FederativRespublikası | Kişi | 24.01.1960 | “ZDF” telekanalınınmüxbiri | – |
| 44 | Famega Syavira Putri | İndoneziya Respublikası | Qadın | 11.07.1985 | Jurnalist | Oktyabr 2016-cı il |
| 45 | СветланаКурчитская | Rusiya Federasiyası | Qadın | – | Rusiyanın “Leninqrad”televiziya kanalının jurnalisti | – |
| 46 | Gus Palmer | Kişi | – | “Al Jazeera” telekanalınınmüxbiri | 9-13 fevral 2018-ci il | |
| 47 | Sina Bohsung | Almaniya FederativRespublikası | Qadın | – | Bloqer | 22 sentyabr 2018-ci il |
| 48 | Niels Angne | Almaniya FederativRespublikası | Kişi | – | Bloqer | – |
| 49 | DeepanshuSangwan | Hindistan | Kişi | 09.11.1993 | Səyyah-bloger. | 10 İyul 2018-ci il |
| 50 | SandijsSemjonovs | Latviya Respublikası | Kişi | – | Jurnalist | Avqust 2018-ci il |
| 51 | Mark Hegeval | Almaniya FederativRespublikası | kişi | 1972 | Markmobil səyahətbloqunun müəllifi | 2019-cu il |
| 52 | АндрейБаклашов | Rusiya Federasiyası | kişi | 19.03.1985 | alpinist, velosipedçi,blogerdir. | Avqust 2019-cu il |
| 53 | Bruno Pontiggia | İtaliya Respublikası | kişi | 1990 | Səyyah-bloger. | Oktyabr 2019-cu il |
| 54 | Shota Ueno | Yaponiya | kişi | – | Səyyah-bloger | Oktyabr 2019-cu il |
| 55 | Dudu Yang | Çin (Avstraliyadayaşayır) | qadın | – | Bloger və musiqiçi | Noyabr 2019-cu il |
| 56 | Noriko Sumiya | Yaponiya | qadın | – | Bloger | Noyabr 2019-cu il |
| 57 | Fady Hanna | Misir | kişi | – | Fotoqraf, səyyah | Yanvar 2019-cu il |
| 58 | Varvara Jlutenko | Ukrayna | Qadın | 16.05.1982 | “Profil” jurnalının müxbiri | 7-8 sentyabr 2010-cu il |
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
![]()
