DİQQƏT: “20 Yanvar” istiqamətində tuneldə hərəkətin məhdudlaşdırılma vaxtı dəyişdirildi

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

“20 Yanvar” dairəsi istiqamətində tuneldə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı tarixə dəyişiklik edilib. Belə ki, sözügedən istiqamətdə hərəkət bu gecə məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, 2 iyul saat 00:00-dan 05:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız “20 Yanvar” dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Loading

Next Post

Ukraynada 21 min "Vaqner" döyüşçüsü öldürülüb

Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.