“16 masa da kifayət deyil” – Ərdoğan Kılıçdaroğlunu ələ saldı

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

“Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya TBMM qrup toplantısında müxalif CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına cavabında deyib.

Türkiyə lideri bildirib ki, onlar üçün 16 masa da kifayət deyil: “Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz.

Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur”.

Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağı ilə bağlı açıqlama vermişdi.

Loading

Next Post

Prezident bu Sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.