Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Oxunma vaxtı:27 Saniyə

Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb.

“Unian“ xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, dünən axşam Rusiya PUA-ları Panama Və Sent-Kits və Nevis bayraqları altında limanlardan çıxan iki xarici mülki gəmiyə hücum edib.

Hücum nəticəsində gəmilərdən birində ekipaj üzvü həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü yaralanıb.

Kiper qeyd edib ki, hazırda gəmilərin hərəkəti bərpa edilib, liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla çalışır.

Loading

Next Post

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal […]