Türkiyə ərazisinə daha bir PUA düşüb

Oxunma vaxtı:22 Saniyə

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb.

Bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.

Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib.

Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.

Loading

Next Post

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin “X” sosial şəbəkəsində bildirib. “Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqlarına qarşı mükəmməl işlədiyini sübut etdik. İndi onlar Portuqaliyaya Avropanı dənizdən qorumağa kömək edəcək”, – o yazıb.