Türkiyədə güclü zəlzələ: 1 ölü, 69 yaralı var

Oxunma vaxtı:26 Saniyə

Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

“TRT Haber” zəlzələnin Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edildiyini bildirib.

Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

Loading

Next Post

Nadir Qafarzadədən Vəfa Şərifova ilə bağlı İLGİNC ADDIM

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. İfaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib: “Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı […]