Paytaxtın hansı küçələrində sıxlıq var? – SİYAHI

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

  1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  3. “20 Yanvar” dairəsində;
  4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
  5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
  7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  10. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
  11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  12. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə aktyorun həmkarı İlham Əsədov sosial şəbəkə hesabında məlumat verib.Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.