Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.
Həmin ərazinin mühafizəsi Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

Loading

Next Post

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri başa çatıb - FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.