Kolleclərdə monitorinq aparıldı, nöqsanlar aşkarlandı

Oxunma vaxtı:36 Saniyə

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib.
Bu barədə agentlikdən məlumat verilib.
Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Şamaxı Dövlət Regional Kolleci və Şəki Dövlət Regional Kollecində olublar.
Aparılan monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb. Həmçinin tədris sənədləri yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, orta ixtisas müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.

Loading

Next Post

AFFA dörd komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib. Bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb. U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) – “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda […]