“Bazarlığa gedib, kəndir alıb və özünü asıb” – İntihar edən məmurun atası

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev “Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:

“Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı”, – deyə o bildirib.

Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon icra Hakimiyyəti Başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.

Loading

Next Post

İlham Əliyev Roma Papasını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. […]