Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

DogruSozTv Az
Oxunma vaxtı:49 Saniyə

Bu gün Bakının Yasamal, Nərimanov və Səbail rayonlarının bir sıra ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə paytaxtda bir sıra Transformator Məntəqələrində təmir-təftiş və sınaq işləri həyata keçiriləcək.

Bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbasqulu ağa Bakıxanov, Murtuza Muxtarov küçələri və İnşaatçılar prospektinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-yə daxil olan Fətəli xan Xoyski, Faiq Yusifov, Əliyar Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin 6 kV-luq elektrik xətlərinin yenilənməsi ilə əlaqədar planlı fasilə saat 09:00-dan 15:00-dək Səbail rayonu Murtuza Muxtarov, Ömər Faiq Nemanzadə küçələri və Bibiheybət kəndinin bir hissəsini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə nazirlikdən məlumat verilib. Qeyd edilib ki, Hilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə […]