“Faciənin foto yaddaşı” sərgisi açılıb

Oxunma vaxtı:26 Saniyə

Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib.

Sərgi çərçivəsində “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı sənədli film nümayiş olunub.

Sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək sərgidə təqdim olunan fotoların və sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

M.Həsənoğlu bildirib ki, sərgi tarixi həqiqətlərin vizual materiallar vasitəsilə gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə fotoqraflar tərəfindən lentə alınmış fotolarla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan sənədlər də nümayiş olunur.

Loading

Next Post

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir: “Başa çatmaqda olan həftə ərzində […]