Parlamentdə bu hərbçilərə mənzil verilməsi təklif olundu

Oxunma vaxtı:40 Saniyə

Hərbçilərin müraciətlərinə daha diqqətlə yanaşmalıyıq.

Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidmətinin hərbçilərinə 20 il qüsursuz xidmət etsələr də mənzil verilmir, ancaq Azərbaycan Ordusunda xidmət keçənlərə bu mənzillər verilir:

“Bizə DSX və Daxili Qoşunların hərbçiləri bununla bağlı müraciət edir. Onlarla əmək müqaviləsini bağlasaq, bu problemlər yaranmaz, onların da məhkəmələrə müraciət etmək hüquqları yaranacaq”.

Deputat bildirib ki, real həyatda qanunların icrasına nəzarət mexanizmi yoxdur: “Bizim Daxili Nizamnamənin 39-cu maddəsinə görə bizə dövlət sirri təşkil edən məlumatlar göndərilmir. Bəs biz büdcə xərclərinin icrasına necə nəzarət edə bilərik?! Dövlət idarəetməsinə şəffaflığın artırılması üçün yeni qanunu qəbul etməliyik, deputatlara bu səlahiyyət verilsin. Silahların alınmasına nə qədər pul xərclənir və s kimi məlumatlar bizə verilmir”.

Loading

Next Post

Spikerdən Aqil Abbasa irad: "Bu, parlament sözüdür?"

Milli Məclisin deputatı Aqil Abbas həmkarı Musa Quliyevin həkimlərlə bağlı təklifinə münasibət bildirib.  O bildirib ki, Reklam haqqında qanuna dəyişiklik yaz sessiyasının işlər planına salınmalıdır. “Mənfur Sovet dövründə mən qəzetdə işləyəndə adicə həkim haqda xoş söz demək olmazdı. Bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşması və həkimlərin, dərmanların reklamıdır. […]