Azərbaycanda bu şəxslər 3 min manat cərimələnəcək

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

İnformasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Loading

Next Post

Bu qaydanı pozan media orqanları cərimələnə bilər

Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər […]