Vilayət Eyvazov Cəlilabadda qəbul və sıra baxışı keçirdi – VİDEO

alfonsonri
Oxunma vaxtı:43 Saniyə

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-dən verilən məlumata görə, nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Loading

Next Post

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 31-ci ili tamam olur. Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın […]