Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb.

Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib.

Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 baş iti də aparılıb.

Azərbaycanın xilasediciləri orada axtarış-xilasetmə əməliyyatları həyata keçirəcəklər.

Hazırda FHN-in digər qrupları Kahramanmaraşın müxtəlif ərazilərində axtarış-xilasetmə işlərinı davam etidirir.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 760 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

İndiyədək Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin meyitini çıxarıb.

Loading

Next Post

<strong>Naxçıvan aeroportunda yoxlamalar APARILIR </strong>

Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb. Dgruxeber.info APA-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır. Məlumatı qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib. O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.