TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb

Oxunma vaxtı:22 Saniyə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub.

Bununla bağlı TƏBİB rəsmi məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

Qeyd edək ki, xəbəri ilk olaraq “Bakupost” yayıb.

Loading

Next Post

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq”.