Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 31-ci ili tamam olur.

Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Qaradağlı indi də işğal altındadır.

Loading

Next Post

Bürclər bu günə nə deyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – Məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir. Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın, əməllərinizdə və qərarlarınızda […]