Azərbaycan ərazisində saat 00.00-dan hərbi vəziyyət tətbiq olunur

Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

“Prezident İlham Əliyevin Fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilib”.

Doğrusöztv.Az APA-ya istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki:

– 2020-ci il 28 sentyabr saat 00.00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin;

– Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət” haqqında qanunda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin;

– Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant saatı elan edilsin;

– Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyət vəsiqələri olmadan küçələrdə və ictimai yerlərdə olması qadağan edilsin;

– Xüsusi giriş-çıxış rejimi tətbiq edilsin;

– Nəqliyyat vasitələrinin hərəkətlərinin məhdudlaşdırılması üçün tədbirlər görülsün;

– Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

– Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati, hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Konstitusiyaya, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycanın qanunlarına uyğun olaraq tətbiq edilsin.

-. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin. 

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Murov zirvəsi azad olundu.

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər […]