Spiker Əminə Ərdoğanla görüşüb

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb.

Bu barədə Türkiyənin birinci xanımı tviterdə paylaşım edib.

“Sıfır Tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”, – o qeyd edib.

Əminə Ərdoğan yekunda BMT-də göstərdiyi dəstəyə görə S. Qafarova və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Loading

Next Post

Laçın yolundakı aksiya 109 GÜNDÜR davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 109 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]