Baş Prokurorluq Cəlilabadda keçirilən əməliyyatla bağlı məlumat yaydı

Oxunma vaxtı:48 Saniyə

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifə saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Dogrusoztv.Az bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, ilkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir.

Loading

Next Post

Ekoloji mühitə ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan,həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı […]