Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,85 ABŞ dolları və ya 4,88 % artaraq 125,83 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 132,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq. Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib. Günün digər görüşündə isə […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli […]

Pezeşkian Trampın tənqidindən sonra Papa XIV Leo ilə həmrəyliyini bildirib

İran Prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leo ilə həmrəyliyini ifadə edib. Bu barədə Pezeşkian “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Papa XIV Leo həzrətləri, mən böyük İran xalqı adından sizin (ABŞ prezidenti Donald Tramp tərəfindən – red.) təhqir edilmənizi pisləyirəm və bəyan edirəm ki, sülh və qardaşlıq peyğəmbəri – İsanın […]

Xalq artisti Maqsud Məmmədov vəfat edib

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib. Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə […]

Kamran Əliyev Çinə rəsmi səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib. […]

İmişlidə avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.