Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:48 Saniyə

Bu gün Yasamal, Mingəçevir və Yevlax rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

“Azərişıq”dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərini də əhatə edəcək.

Bildirilir ki, görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 dollar və ya 0,81% artaraq 108,18 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 107,31 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta […]