Bağçaya növbəyə yazılma prosesinə başlanılır

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür

Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, dünyada hazırda sürətli ekoloji dəyişçiklər baş verir. “Bu dünyanın hər bir yerind, o cümlədən regionumuzda baş verir. Bunun ən bairz nümunəsi xəzər dənizidir. […]