“Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə kəsib”

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzza ilə bağlı xüsusi iclas keçirilib. İclasda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və İsrail arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb. O, ölkəsinin İsraillə ticarət əlaqələrini kəsdiyini vurğulayıb: “İsraillə ticarətimizi tamamilə kəsmişik. Türkiyə gəmilərinin İsrail limanlarına getməsinə, İsrail təyyarələrinin isə hava […]

İlham Əliyevdən “Qarabağ”la bağlı – Sərəncam

“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrılıb.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti […]

Prezident icra başçısına şiddətli töhmət verdi

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Orxan Hüseynzadə 2024-cü ilin noyabrında Ağdaşa icra başçısı təyin edilib.

BQXK-nın Bakıdakı ofisi gələn həftə BAĞLANIR

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq. Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare məlumat verib. Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir.  O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması […]

Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır. Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali […]

ABŞ-nin Bakıdakı Səfirliyi işçi AXTARIR

ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib. Səfirliyin məlumatına görə, təhlükəsizlik sistemləri üzrə mexanik vakansiyası açıqdır. Bu vəzifəyə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək işi daxildir. Tələblərə görə, orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) vacibdir. Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir […]

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi […]

Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti […]

Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya vətəndaşlarını İrana səyahət etməməyə və İranda olan almaniyalıları isə ölkəni tərk etməyə çağırıb. Buna səbəb İrana qarşı sanksiyaların bərpası prosesinin başlaması səbəbindən Tehranın mümkün cavab tədbirləri görmə ehtimalıdır. Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə […]

Sumqayıtda qazın verilişində fasilə olacaq

Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dan etibarən müvəqqəti olaraq kəsiləcək. […]