BQXK-nın Bakıdakı ofisi gələn həftə BAĞLANIR

Oxunma vaxtı:26 Saniyə

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-ü Bakıdakı ofisini bağlayacaq.

Bu barədə BQXK-nın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare məlumat verib.

Marenin sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək və bu istiqamətdə müzakirələr davam edir. 

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətnində itkin düşənlərin taleyinin araşdırılması üçün beynəlxalq strukturlarla işin zərurəti qeyd olunub: “BQXK neytral təşkilat olaraq öz xidmətlərini təklif etməyə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini dayandırması ilə bağlı məlumat yayılmışdı.

Loading

Next Post

Prezident icra başçısına şiddətli töhmət verdi

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Orxan Hüseynzadə 2024-cü ilin noyabrında Ağdaşa icra başçısı təyin edilib.