İlham Əliyevdən “Qarabağ”la bağlı – Sərəncam

Oxunma vaxtı:18 Saniyə

“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sözügedən Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Loading

Next Post

“Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə kəsib”

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Qəzza ilə bağlı xüsusi iclas keçirilib. İclasda çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və İsrail arasında əlaqələrin hazırkı vəziyyətindən danışıb. O, ölkəsinin İsraillə ticarət əlaqələrini kəsdiyini vurğulayıb: “İsraillə ticarətimizi tamamilə kəsmişik. Türkiyə gəmilərinin İsrail limanlarına getməsinə, İsrail təyyarələrinin isə hava […]