Sabah hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 9-12 dərəcə isti olacaq. […]

Venesuelada baş verən hadisələrdən sonra neft ucuzlaşmağa davam edib

Neft qiymətləri yanvarın 5-i aşağı düşüb, investorlar Venesuelada ötən həftəsonu baş verən hadisələrin nəticələrini qiymətləndirirlər. Bunu ticarət məlumatları göstərir. “London ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 60,5 ABŞ dolları təşkil edib. Bu əvvəlki ticarətin bağlanışından 0,25 ABŞ dolları (0,41 %) azdır. Nyu-York Əmtəə Birjasında […]

Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Yanvarın 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (050-5159841) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. […]

Tokayev: Dövlət sistemini dəyişdirmək niyyətində deyiləm

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatı zamanı dövlət sistemini şəxsi maraqlara görə dəyişmək niyyətində olmadığını bildirib. O bu barədə “Türkistan” qəzetində dərc olunan müsahibəsində bildirib. Ölkə lideri islahatın məqsədinin parlament sədrinin dövlət idarəçilik sistemində əsas vəzifəyə çevirmək və bu vəzifəni özü üçün hazırladığı barədə iddiaları təkzib edib. “Bu, fantaziyadır. Belə […]

Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar və Lənkəran rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində […]

Rubio Maduronun saxlanılmasından sonra ABŞ-dən Venesuela ilə bağlı yeni addım gözləmir

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Venesuela Prezidenti Nikolas Maduro saxlanıldıqdan sonra ABŞ-dən bu ölkəyə qarşı yeni fəaliyyət gözləmir. Bunu respublikaçı senator Mayk Li “X” sosial şəbəkəsində Dövlət Departamentinin başçısı ilə telefon danışığının yekunları üzrə bildirib. “O (Rubio) mənə bildirib ki, Nikolas Maduro Birləşmiş Ştatlarda cinayət ittihamları üzrə […]

“Venesuelada itkimiz yoxdur” – Ağ Ev rəsmisi

ABŞ-nin Venesuelada həyata keçirdiyi zərbələr zamanı Birləşmiş Ştatlar ordusu tərəfındən heç bir itki qeydə alınmayıb. Bu barədə “The New York Times” (NYT) qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Mənbə qeyd edib ki, əməliyyat zamanı amerikalı hərbçilər arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, Ağ Ev rəsmisi Venesuela tərəfinin […]

Narkotikə görə tutulmuşdu – 5 yaşlı qızına qarşı əxlaqsız videoları üzə çıxdı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb. Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb. Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi […]