Ana qolları olmadığı üçün körpəsindən imtina etdi – Foto

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.

Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi faktı təsdiqləyib.

“Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, – Agentliyin məlumatında qeyd olunub.(Unikal)

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib. Qərar Trampın regional seçkilərdə ultra sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib. Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki […]