Venesuelada baş verən hadisələrdən sonra neft ucuzlaşmağa davam edib

Oxunma vaxtı:53 Saniyə

Neft qiymətləri yanvarın 5-i aşağı düşüb, investorlar Venesuelada ötən həftəsonu baş verən hadisələrin nəticələrini qiymətləndirirlər.

Bunu ticarət məlumatları göstərir.

“London ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 60,5 ABŞ dolları təşkil edib. Bu əvvəlki ticarətin bağlanışından 0,25 ABŞ dolları (0,41 %) azdır. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin fevral fyuçersləri 0,3 ABŞ dolları (0,52 %) ucuzlaşaraq bir barel üçün 57,02 ABŞ dolları olub.

Qeyd edək ki, ABŞ xüsusi təyinatlı qüvvələri yanvarın 3-də Venesuelada xüsusi əməliyyat keçirərək ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib. Maduro yanvarın 5-də ABŞ məhkəməsi qarşısına çıxacaq. Ona qarşı narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürüləcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi müvəqqəti olaraq Venesuelanın idarəçiliyini öz üzərinə götürəcək. Tramp, həmçinin Venesuela neftinin tədarükünə qarşı ABŞ embarqosunun qüvvədə saxlanıldığını açıqlayıb.

Venesuela bir zamanlar dünyanın ən böyük neft istehsalçılarından biri idi, lakin son iki onillikdə ölkədə hasilat əhəmiyyətli dərəcədə azalıb. “Bloomberg” qeyd edir ki, hazırda Venesuelada hasil edilən neft əsasən Çinə ixrac edilir.

Loading

Next Post

Sabah hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 9-12 dərəcə isti olacaq. […]