İlham Əliyev: Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan azad olunan ərazilərdə Belarusun şirkətlərini görmək istəyir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniştərkibli görüş zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, qarşılıqlı fəaliyyətin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görmək olar:

“Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər”.

Loading

Next Post

Lukaşenko: Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır

Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib. “Biz bütün məsələləri müzakirə etdik, açıq qalan məsələlər yox idi. Buraya təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının birgə istehsalı daxildir. Üstəlik, […]