Lukaşenko: Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır

Oxunma vaxtı:23 Saniyə

Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib.

“Biz bütün məsələləri müzakirə etdik, açıq qalan məsələlər yox idi. Buraya təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının birgə istehsalı daxildir. Üstəlik, buraya lift avadanlığının istehsalı (sovet evlərində köhnə liftlərin dəyişdirilməsinə ehtiyac var) daxildir. Biz bu istehsalı saxlamışıq və azərbaycanlı dostlarımızla burada bu avadanlığı istehsal etməyə hazırıq”, – o bildirib.

Loading

Next Post

Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib

Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.  Bu barədə  Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq. Hazırda dövlət […]