Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

Oxunma vaxtı:27 Saniyə

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

“Report” əldə etdiyi məlumata əsasən, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.

Bu ad il ərzində 1569 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-nı Yusif adı verilib.

Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1073 uşağa verilib.

Bundan əlavə, yeni doğulmuş qızlardan 1015-nə Zeynəb, 1014-nə Məryəm, 993-nə Nilay, 964-nə isə Aylin adı qoyulub.

Loading

Next Post

Venesuelada baş verən hadisələrdən sonra neft ucuzlaşmağa davam edib

Neft qiymətləri yanvarın 5-i aşağı düşüb, investorlar Venesuelada ötən həftəsonu baş verən hadisələrin nəticələrini qiymətləndirirlər. Bunu ticarət məlumatları göstərir. “London ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 60,5 ABŞ dolları təşkil edib. Bu əvvəlki ticarətin bağlanışından 0,25 ABŞ dolları (0,41 %) azdır. Nyu-York Əmtəə Birjasında […]