Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib. Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq […]
Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər. İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid […]
İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. […]
XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “15 iyul 2016-cı il – qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin […]
Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günüdür. Doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin […]
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 ABŞ dolları, yaxud 2,02 % azalaraq 74,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,46 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Nazirlər Kabineti kənd təsərrüfatının siyahıyaalınmasına dair qərarını dəyişib
Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Dövlət Statistika Komitəsi kənd təsərrüfatının siyahıyaalınması başa çatdıqdan sonra bu məqsəd üçün alınmış planşet tipli kompüterlərin Elm və Təhsil […]
ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib
ABŞ Zəngəzur dəhlizini öz nəzarətinə götürməyə hazır olduğunu bildirib. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. “Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – səfir vurğulayıb. Tom […]
Hərbi Prokurorluqda yeni – Təyinatlar
Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Baş prokuror Kamran Əliyevin əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub. Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək […]
Azərbaycanda “İstilik təchizatı haqqında” qanun qüvvəyə minib
Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib. Qanun dövlət başçısının imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb və qəbul olunub. Qanunla istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət […]