XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“15 iyul 2016-cı il – qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq. Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir. Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə”.

Loading

Next Post

İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Əziz Qardaşım, Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm. […]