Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir.Bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində bildirib. “Mən deyərdim ki, biz qrafikdən iki həftə irəlidəyik”, – Tramp hərbi əməliyyatın nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib. Onun sözlərinə görə, İran artıq […]

BŞİH: Yağış səbəbindən təhlükəli vəziyyətdə olan ərazilərin sakinləri müvəqqəti hotellərə yerləşdirilib

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib. Bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir. Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir […]

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Ağdamda əmək yarmarkası keçiriləcək

Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı […]

Azərbaycanda maliyyə institutlarına şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumat verilməyəcək

Nazirlər Kabineti 10 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. Qərara əsasən, Qaydadan benefisiar mülkiyyətçi (arxasında duran real sahibi) anlayışı […]

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Aprelin 2-dən Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış yeni elektron tərəzilər istismara veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, elektron tərəzilər M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa), […]

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib. Prezident təqaüdü […]

Kamran Əliyev Tərtərdə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev aprelin 3-də, saat 10:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Bərdə, Goranboy, Naftalan və Yevlax rayon sakinlərini qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Məlumatda vurğulanıb […]

Türkiyə MN: Azərbaycanlıların 31 mart soyqırımını unutmadıq, unutdurmayacağıq

Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq […]

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisinin oyun proqramı açıqlanıb

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının proqramı bəlli olub.Elşad Quliyevin baş məşqçisi olduğu yığma F qrupunda ilk matçını Avstriyaya qarşı keçirəcək. Qarşılaşma mayın 28-də, yerli vaxtla saat 13:30-da start götürəcək. Azərbaycan komandası mayın 29-da, saat 15:45-də İtaliya ilə, 30-da, saat 13:15-də isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək. […]