3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç […]
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik […]
Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək
Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək. Noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq. Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir. Çempionatda ölkənin […]
Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb
Thodex-in qurucusu Faruk Fatih Özerin həbsxanada meyiti tapılıb. Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb. Qeyd edək ki, Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özer Albaniyada 2022-ci il avqustun 30-da saxlanılaraq Türkiyəyə gətirilib. Onun […]
Bazar gününün havası açıqlanıb
Noyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz […]
Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
Beynəlxalq Qırmızı Xaç Komitəsi üç nəfərə məxsus insan qalıqlarını İsrailə təhvil verib. Bu barədə “Associated Press“ məlumat yayıb. Məlumatda deyilir ki, İsrail ordusunun nümayəndəsi bildirib ki, qalıqlar hələ də ekspertiza mərhələsindədir və onların girovlara aid olub-olmadığı təsdiqlənməyib. Qalıqların təhvil verilməsi, İsrailin Qəzza hakimiyyətinə 30 fələstinlinin cəsədini qaytarmasından sonra baş tutub.
İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əziz Qardaşım, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. […]
BDYPİ-dən çağırış: Həftəsonu istirahəti faciəyə çevrilməsin – yollarda diqqətli olun!
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə gedən sürücülərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin […]
Premyer Liqanın X turunda bu gün daha iki oyun keçiriləcək
Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək. Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. Matç saat 14:00-da başlayacaq. Ardınca “Neftçi” autsayder “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək. “Zirə” 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan “Neftçi” […]
Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib. Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət […]