İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əziz Qardaşım,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.

Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Loading

Next Post

Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib

Beynəlxalq Qırmızı Xaç Komitəsi üç nəfərə məxsus insan qalıqlarını İsrailə təhvil verib. Bu barədə “Associated Press“ məlumat yayıb. Məlumatda deyilir ki, İsrail ordusunun nümayəndəsi bildirib ki, qalıqlar hələ də ekspertiza mərhələsindədir və onların girovlara aid olub-olmadığı təsdiqlənməyib. Qalıqların təhvil verilməsi, İsrailin Qəzza hakimiyyətinə 30 fələstinlinin cəsədini qaytarmasından sonra baş tutub.