Həbs edilən icra başçısı bu cinayətlərdə ittiham olunur

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. (Mənbə: APA)

Loading

Next Post

Premyer Liqanın X turunda bu gün daha iki oyun keçiriləcək

Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək. Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. Matç saat 14:00-da başlayacaq. Ardınca “Neftçi” autsayder “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək. “Zirə” 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan “Neftçi” […]