Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır. Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali […]
ABŞ-nin Bakıdakı Səfirliyi işçi AXTARIR
ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib. Səfirliyin məlumatına görə, təhlükəsizlik sistemləri üzrə mexanik vakansiyası açıqdır. Bu vəzifəyə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək işi daxildir. Tələblərə görə, orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) vacibdir. Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir […]
Sabah 38 dərəcə isti olacaq – PROQNOZ
Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi […]
Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti […]
Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb
Almaniya vətəndaşlarını İrana səyahət etməməyə və İranda olan almaniyalıları isə ölkəni tərk etməyə çağırıb. Buna səbəb İrana qarşı sanksiyaların bərpası prosesinin başlaması səbəbindən Tehranın mümkün cavab tədbirləri görmə ehtimalıdır. Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə […]
Sumqayıtda qazın verilişində fasilə olacaq
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən 34 nömrəli balansda cari təmir işlərinin aparılması ilə əlaqədar olaraq 600 abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, qazın verilişi bu gün saat 12:00-dan etibarən müvəqqəti olaraq kəsiləcək. […]
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə DİM məlumat yayıb. Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında […]
DYP toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsində toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir: “Müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi […]
Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq
ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək. Bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir. “Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük […]
Türkiyə Suriyada əməliyyata başlaya bilər
Türkiyə Suriyada əməliyyata başlaya bilər. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “CNN Türk”ə müsahibəsində deyib. O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri 7/24 xidmət edir, döyüş hazırlığı vəziyyətindədir: “Burada filan şey, orada başqa şey olacaq, demək istəmirəm. Bizim demək istədiklərimizi onsuz da Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Suriyaya gəlincə, bütün […]