DYP toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib

Oxunma vaxtı:51 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsində toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. 

Bildirilib ki, toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir: 

“Müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:

– nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,

– yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,

–  ara məsafəsinin gözlənilməsi,

– optimal sürət rejiminin seçilməsi,

– içkili halda sükan arxasına keçilməməsi 

Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır.

Loading

Next Post

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM)  ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə DİM məlumat yayıb.  Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında […]