Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:23 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Loading

Next Post

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən aşağıdakı şəxslər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər: “Tərəqqi” medalı ilə Abdullayev Həbib Fərhad oğlu Ağakərimov Akif Ağakərim oğlu Ağayeva Aynurə Ərəstun qızı Allahverdiyeva Rəvanə Çingiz qızı Bəylərova Təranə Yunus qızı Cabbarov Vilayət Hidayət oğlu Əhmədova […]