Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq

Oxunma vaxtı:49 Saniyə

ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək.

Bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir.

“Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur”, – deyə nazir bildirib.

Ma Caosyü bildirib ki, Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq.

“Biz ABŞ ilə qarşılıqlı yaxınlaşma, dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, daimi təmasların qorunması, fikir ayrılıqlarının aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi və Çin ilə ABŞ-nin yeni dövrdə birgə mövcudluğu üçün düzgün yolun axtarışı istiqamətində əməkdaşlığa hazırıq”, – deyə o əlavə edib.

Nazir müavini onu da xatırladıb ki, cari ilin əvvəlindən bəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki dəfə telefonla danışıb və bir neçə dəfə məktub mübadiləsi aparıb. Onun sözlərinə görə, bu, Pekinin Çin-ABŞ münasibətlərinin gələcək inkişafı üçün kursunu müəyyən etdiyini göstərir.

Loading

Next Post

DYP toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsində toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.  Bildirilib ki, toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir:  “Müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi […]