Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib.

Dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.

Loading

Next Post

Baş nazir ipoteka ilə bağlı qərarı LƏĞV ETDİ

Nazirlər Kabineti “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə 11 oktyabr 2017-ci il tarixli qərarını ləğv edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.