Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək. Bu barədə “Report”a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib. Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. […]
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir.Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib. “Rusiya hakimiyyətinin Yekaterinburqda azərbaycanlılara hücumu sadəcə bir insident deyil, cəzasızlıq və insan həyatına nifrətlə qidalanan sistemli zorakılığın təzahürüdür. İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçı müharibə başladan, öz vətəndaşlarını siyasi əqidələrinə görə təqib edən […]
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
Hacıqabulda avtomobil aşıb. “Report”un xəbərinə görə, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırdıb. Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu RMX-ya yerləşdirilib. Faktla bağlı […]
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib. ƏƏSMN-dən verilən məlumata görə, yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirə […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, […]
Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub – YENİLƏNİB
Şabranda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. Bakı-Quba avtomobil yolunun Şabran ərazisindən keçən hissəsində “VAZ-Niva”, “KamAz” və“Mercedes Atego” markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzasında Ağakişiyev Əmrulla Mustafa oğlu, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla […]
Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb
Bakının Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb. “Report”un əldə etdiyi məlumata görə, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub. Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.
5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb. Sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki hadisə bu ilin Fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib. Belə ki, Samux rayonu, Seyidlər […]
İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir
“Tehran nüvə proqramını müzakirə etmək və Vaşinqtonla dialoq aparmaq istəyir.” Bunu ABŞ prezidenti Donald Tramp bildirib. “İran görüşmək istəyir. Bildiyiniz kimi, çox təhlükəli nüvə obyektləri məhv edilib. Bu, artıq sübuta yetirilib”, – Tramp deyib.
Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər. Hücum nəticəsində ailəvi cütlük həlak olub, ölənlər var. Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar. O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində […]