Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var

Oxunma vaxtı:27 Saniyə

İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.

Hücum nəticəsində ailəvi cütlük həlak olub, ölənlər var.

Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar.

O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir və səhər saatlarında rayon rəhbərliyinin operativ qərargahı hadisə yerində işə başlayacaq.

Eyni zamanda G.Truxanov xəsarət almış iki uşağın hazırda tibb müəssisələrində olduğunu bildirib. Qeyd edilir ki, hücum zamanı daha dörd nəfər (böyük) də yaralanıb.

Loading

Next Post

İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir

“Tehran nüvə proqramını müzakirə etmək və Vaşinqtonla dialoq aparmaq istəyir.” Bunu ABŞ prezidenti Donald Tramp bildirib. “İran görüşmək istəyir. Bildiyiniz kimi, çox təhlükəli nüvə obyektləri məhv edilib. Bu, artıq sübuta yetirilib”, – Tramp deyib.