Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə […]
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır. Bu barədə AQTA-dan məlumat verilib. Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss […]
5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq
Həyatımızın sevgisi nadir hallarda ən çox axtardığımız zaman gəlir. Bu, özümüzdən “Bu sevgiyə layiqikmi?” sualını verməyi dayandırdığımız zaman ortaya çıxır.Astroloqlar beş bürcün əsl sevgisini 2026-cı ildə tapacağını proqnozlaşdırırlar. Buğa Buğa üçün hər şey yazda başlayır – aprel ilə yayın əvvəlləri arasında, günlər uzananda və daha yumşaq işıq sizi istiliyi ilə […]
Premyer Liqa: “Kəpəz” “İmişli”ni, “Turan Tovuz” “Karvan-Yevlax”ı sınağa çəkəcək
Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək. Günün ilk matçında “Kəpəz” “İmişli”nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. “İmişli” 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb. Günün ikinci oyununda “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu görüş […]
Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb
Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində […]
Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub – BİRGƏ MƏLUMAT
Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Məlumata görə, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil […]
Abbas Əraqçi: Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq
“İran raket proqramı üzrə danışıqlar aparmayacaq”. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib. O, sözügedən danışıqları sırf müdafiə xarakterli məsələ adlandırıb. Əraqçi müsahibəsində Vaşinqtonla son təmasların “yaxşı başlanğıc nöqtəsi” olduğunu qeyd etsə də, etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol olduğunu vurğulayıb. Nazir bildirib ki, bir […]
Bakıda 5-ci “Avropa Bilik Yarışı” keçirilib – ƏLAVƏ OLUNUB
Bakıda “Avropa viktorinası” 2026 beşinci intellektual müsabiqəsi keçirilir. Müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən Gənc Avropa Səfirləri Şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib. Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri […]
AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin […]
Baş prokurordan yeni – Təyinat
Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib. Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin […]