UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.İlk oyun günündə dörd qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 17 fevral 21:45. “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) 00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya) 00:00. “Borussiya” […]
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailə – 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib, Rauf Məmmədov mübarizəni dayandırıb
Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib. Tay-brek görüşlərində sensasiya qeydə alınıb. Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb. Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib. Qadınların […]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat verilib. Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr […]
Azərbaycan İtaliya və Sloveniyanın “Black Sea Energy” layihəsinə qoşulacağına ümid edir
Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsinə (“Black Sea Energy”) qoşulacağına ümid edir. Bunu Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda bildirib. “Bu gün Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya […]
Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı […]
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq”.
TƏBİB Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub. Bununla bağlı TƏBİB rəsmi məlumat yayıb. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə həmin vəzifənin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. Xatırladaq ki, V.Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. […]
Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək
Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək. Bunu Ermənistan-Azərbaycan “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib. Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisndə baş tutduğu üçün növbəti görüş Ermənistanda keçiriləcək. “Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. […]
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində üçotaqlı mənzilin mətbəxində […]