Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib, Rauf Məmmədov mübarizəni dayandırıb

Oxunma vaxtı:24 Saniyə

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

Tay-brek görüşlərində sensasiya qeydə alınıb.

Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşıb.

Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırıb. Daha bir favorit Nicat Abasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk edib.

Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü olub. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sabah Azərbaycan çempionatında yarımfinal görüşləri başlayacaq.

Loading

Next Post

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailə – 419 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına […]