Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Oxunma vaxtı:25 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 120 ailə – 419 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Loading

Next Post

UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır, "Qalatasaray" "Yuventus"la üz-üzə gələcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.İlk oyun günündə dörd qarşılaşma keçiriləcək. Türkiyə təmsilçisi “Qalatasaray” İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 17 fevral 21:45. “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) 00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya) 00:00. “Borussiya” […]